"Etibar Məmmədov aktiv siyasətə qayıdarsa..." - "İsa Qəmbər əslində Müsavat başqanlığından getməmişdi"
SİYASƏT
01.05.2024, 11:29
Bəlli olduğu kimi, Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər.
1911-ci ildə yaradılan Müsavat Partiyası 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər, altıncı başqanı Arif Hacılıdır.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra bir müddət həbsdə yatıb.
İsa Qəmbər Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib.
Arif Hacılı Müsavata 2014-cü ildən başqanlıq edir.
Müsavatın nizamnaməsinə görə, partiyanın başqanı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası təşkilatlarının, xüsusi statuslu təşkilatların (Müsavatçı Qadınlar Birliyi, Müsavatçı Gənclər Təşkilatı) sədrləri və nəzarət-təftiş komissiyalarının sədrləri ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.
Partiyanın başqanını, sərbəst Məclis üzvlərini və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını qurultay seçir.
Cəmiyyətdə zaman-zaman Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun da partiyanın rəhbər postuna qayıdacağı barədə iddialar səsləndirlir. AMİP funksionerləri dəfələrlə bu mövzuda bildiriblər ki, E.Məmmədovun liderlik statusu sədri vəzifəsindən daha yuxarıdır. Etibar Məmmədovun sədrliyə qayıtması inandırıcı deyil.
Partiyanın qurucusu və uzun illər sədri olmuş Etibar Məmmədovun sədr postundan istefa verməsi ilə AMİP-də yeni dövr başladı. Təbii ki, o zaman AMİP-ə kimin sədr seçiləcəyi ən çox müzakirə olunan məsələlərdən biri idi. Etibar Məmmədovdan sonra AMİP-ə dörd nəfər sədrlik edib.
2005-ci ilin fevral ayında keçirilən qurultayda Əli Əliyev yeni sədr seçildi. Onun AMİP-ə rəhbərliyi uzun sürmədi. 2005-ci ilin dekabr ayında partiya daxilində narazılıq yarandı. 2006-cı ildə keçirilən qurultayda partiya sədri Əli Əliyevə etimadsızlıq göstərilib. Beləliklə, AMİP-də Əli Əliyev erası da bitib. O sonradan AMİP-dən gedən bir qrup tərəfdarı ilə Vətəndaş və İnkişaf Patiyasını təsis edib. Əli Əliyevdən sonra Ayaz Rüstəmovun AMİP-dəki sədrliyi uzun sürməyib. 2010-cu ildə ADP-nin keçmiş üzvü, sabiq deputat Yusif Bağırzadə AMİP-in yeni sədri seçilib. 2015-ci ildə Yusif Bağırzadə gözlənilmədən partiya sədrliyindən və üzvlüyündən istefa verdi. O, istefasına səbəb kimi səhhətində yaranan problemləri göstərib. 2015-ci ilin oktyabr ayından sədr əvəzi Arzuxan Əlizadə təyin edildi. 2020-ci ildə o yenidən AMİP sədri seçildi. Hazırda AMİP-ə Arzuxan Əlizadə sədrlik edir.
Azərbaycan müxalifətinin liderlərindən olan Etibar Məmmədov hələ İsa Qəmbərdən xeyli öncələr partiya sədrliyindən getmiş və digər partiya üzvlərinin, necə deyərlər, yolunu açmışdı. Və aradan keçən uzun müddətdə AMİP-ə qeyd etdiyimiz kimi, 4 şəxs sədrlik edə bildi.
Bəs Etibar Məmmədovun da qarşıdakı dövrdə AMİP sədrliyinə geri dönüşü mümkünmü, gözləniləndirmi? AMİP üzvləri bunu istəyirmi?
AMİP-in qurucu lideri Etibar Məmmədovun köməkçisi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, İsa Qəmbər əslində Müsavat başqanlığından getməmişdi, heç başqanlıq kabinetini də tərk etməmişdi: "Rəsmi olaraq başqan Arif Hacılı olsa da, faktiki olaraq son 10 ildə də partiyaya rəhbərliyi İsa Qəmbərin özü həyata keçirdi. Partiyanın siyasi kursu da, qərarların qəbulu da onun iradəsindən bilavasitə asılı idi. Müsavatdakı başqanlıq yerdəyişməsi Vladimir Putinlə Dmitri Medvedyevin baş nazir və prezident yerdəyişməsinə bənzədi. Hər bir siyasətçinin idmançı kimi formada olduğu, özünün nüfuzunun kulminasiya nöqtəsinə çatdığı dövr olur. O dövrdən sonra yenidən öz nüfuzunu və gücünü qaytarmaq hər siyasətçiyə nəsib olmur. Məncə, İsa Qəmbər gənc siyasətçilərə meydan versəydi, bəlkə də Müsavat Partiyasının fəaliyyətində ciddi dəyişikliklər baş verə bilərdi. Lakin onun başqanlığa yenidən qayıtmasının yeni dönəm üçün faydalı olacağını düşünmürəm. Azərbaycanda zatən gənc siyasi liderlərin yetişməsində və perspektivli fəaliyyət göstərməsində nə mexanizm mövcuddur, nə münbit şərait var. Ölkədəki partiyalar xarizmatik liderin ətrafında formalaşdığından, həmin lider funksional idarəçilikdən çəkilən kimi partiyalarda gərginliklər və ciddi təlatümlər baş verir. Etiraf edirəm ki, Etibar Məmmədovun sədrlikdən getməsi AMİP-də itkisiz ötüşmədi. Etibar bəyin gedişindən sonra müəyyən problemlər yaşandı. Hazırda da aradan 20 il vaxt ötməsinə baxmayaraq Etibar Məmmədovun yeri və önəmi həmişə çox ciddi şəkildə görünməkdədir”.
Əli Orucov vurğuladı ki, bu baxımdan təkcə AMİP-də yox, ümumilikdə cəmiyyətdə Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtmasını istəyənlər kifayət qədərdir. Hətta bu istək tələb şəklində zamanında ortaya qoyulub: “Etibar Məmmədovun fəal siyasətə qayıtması təbii ki, öz iradəsinə və şəxsi qərarına bağlıdır. Lakin hesab edirəm ki, xalq indiki həssas və tarixi dönəmdə Etibar bəyin zəngin təcrübəsindən və istedadından bəhrənilməsi üçün onun aktiv siyasətdə olmasını tələb etməlidir. İnanıram ki, belə bir tələb olacaq. Bu zaman Etibar Məmmədov aktiv siyasətə qayıdarsa, AMİP sədri kimi qayıdıb-qayıtmayacağı onun öz istəyinə bağlı olacaq. AMİP üzvləri onun qayıdışını hər zaman istəyirlər”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azərbaycan və İtaliya XİN başçıları görüşdü, yen mesajlar verildi - FOTOLAR (Yenilənib)
Bugün, 16:49 SİYASƏT
-
PKK İraqda daha 14 sığınacaĞğə boşaldıb - FOTOLAR
Bugün, 16:41 DÜNYA
-
Almaniyada şok olay: 450 məktəbə eyni anda bomba təhdidləri göndərilib
Bugün, 16:35 DÜNYA
-
İstanbulda tramvay və avtobus toqquşub
Bugün, 16:32 KRİMİNAL
-
Mərkəzi Bankın səlahiyyəti genişləndirilib
Bugün, 16:24 İQTİSADİYYAT
-
Şirvan sakini kanalizasiya quyusuna düşərək ölüb
Bugün, 16:16 CƏMİYYƏT
-
ƏLİYEV, TRAMP və PAŞİNYANDAN BİRGƏ VİDEOMESAJ: "Tramp Marşrutu" layihəsinin icrası rəsmən başlayıb (Yenilənib)
Bugün, 16:10 GÜNDƏM
-
YENİ KOMİSSİYA YARADILDI
Bugün, 15:58 GÜNDƏM
-
COP31-in Antalyada diplomatik böhran: Antalya Paktı niyə qəbul edilmədi? -TƏHLİL
Bugün, 15:43 DÜNYA
-
İcarəyə götürdüyü maşının ehtiyat hissələrini satan şəxs saxlanılıb
Bugün, 15:39 KRİMİNAL
-
Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Bugün, 15:31 GÜNDƏM
-
"Qalatasaray" "Aston Villa" ilə oyuna ciddi itkiyə çıxacaq
Bugün, 15:21 İDMAN
-
Aparıcı ilə qəzada ölən şəxs məşhur iş adamının oğludur? - Yayılan xəbərə reaksiya
Bugün, 15:14 KRİMİNAL
-
Ceyhun Bayramovdan Paşinyan yeni Konstitusiyası ilə bağlı paylaşımına reaksiya: "Hər hansı şərh vermək istəməzdim"
Bugün, 15:07 SİYASƏT
-
BDU-nun sabiq rektoru barədə maraqlı iddia yayıldı
Bugün, 14:55 CƏMİYYƏT
-
Ehtiyatda olan hərbçilərin xüsusi rütbələri... - Prezident daha bir dəyişikliyi təsdiqlədi
Bugün, 14:53 GÜNDƏM
-
"Hərbi xidmətkeçmə haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlar dəyişdi - Prezident təsdiqlədi
Bugün, 14:11 GÜNDƏM
-
Türkiyədə "Prezident kim olsun" sualı ilə sorğu keçirilib - NƏTİCƏLƏR
Bugün, 13:45 SİYASƏT
-
Xaricidə oxuyanların diqqətinə: diplomların tanınması qaydasında dəyişiklik olunub
Bugün, 13:33 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" - "Barselona" oyununun hakimləri bəlli olub
Bugün, 13:27 İDMAN
-
Liviya sahillərində Rusiya gəmisi ilə "Merkuriy" korvetinə hücum oldu, gəmi və helikopter batırıldı - Zelenski açıqladı
Bugün, 13:21 GÜNDƏM
-
Deputat Vüqar Rəhimzadənin Culfada seçiciləri ilə növbəti görüşü olub - FOTOLAR
Bugün, 13:09 SİYASƏT
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
Bugün, 12:56 SİYASƏT
-
Qarakənd faciəsindən Ağdamın azadlığına: 20 noyabrın tarixi mesajı
Bugün, 12:41 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:32 CƏMİYYƏT
-
SƏHİYYƏ RƏHBƏRLİYİNİN ƏNDAZƏNİ AŞAN ƏMRİ: nə baş verir? - Səs yazıları və videogörüntü yayıldı
Bugün, 12:27 GÜNDƏM
-
Paşinyan “topu” erməni xalqına atdı...
Bugün, 12:21 SİYASƏT
-
Dövlət qulluğu imtahanı verəcək namizədlərə müraciət edildi
Bugün, 12:21 GÜNDƏM
-
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
Bugün, 12:11 GÜNDƏM
-
İstanbulda görünən şir... - Axtarış davam edir
Bugün, 12:08 DÜNYA
-
Məşhur YAP-çı Səfyar Musayevin oğluna vəzifə verildi
Bugün, 11:52 SİYASƏT
-
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Bugün, 11:28 CƏMİYYƏT
-
Mikayıl Cabbarov: "Azərbaycan qazı İtaliya və bir sıra Avropa ölkələrinin..."
Bugün, 11:20 İQTİSADİYYAT