Qətərin Baş naziri: "Türkiyənin bölgədəki rolu və təsir gücü çox önəmlidir"

img

18-04-2024 [00:05]


Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərdə Baş nazir və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdən sonra Qətər baş naziri və eyni zamanda, XİN başçısı Türkiyənin istər Qəzza, istərsə də bölgədəki rolunu yüksək qiymətləndirib.

Baş nazir bildirib ki, Türkiyənin proseslərə aktiv müdaxiləsi əvəzsizdir: "Türkiyənin bölgədəki mühüm və üstün rolu, proseslərə təsir gücü sülh üçün, xüsusilə də Qəzzadakı humanitar fəlakətin daha tez bitməsi üçün çox vacibdir".

Qətər rəsmisi bölgədə sülhün təminatının Fələstin dövlətinin yaradılmasından keçdiyini təkrarlayıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR