İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var

img

18-04-2024 [00:17]


İsrail ordusu Livanın cənubuna hücumlarını artırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livanın rəsmi xəbər agentliyi olan NNA təcili xəbər yayıb.

Bildirilib ki, İsrail ordusu tank, top, raket və aviasiya vasitələri ilə Livanın cənubundakı müxtəlif kənd və qəsəbələri qısa fasilələrlə bombalayır: "Bir az əvvəl İsrail döyüş təyyarələri Livanın Nakura qəsəbəsindəki ikimərtəbəli bir evi darmadağın edib. Buna paralel olaraq Alma əş-Şaab qəsəbəsində bir bina və xeyli obyekt vurulub".

"Merkava" tipli tanklarla isə Əl-Duheyra qəsəbəsindəki evlərin də vurulduöu deuyilən xəbərdə qeyd olunub ki, bomardmanlara ölən və ya yaralananlar haqqında informasiyaalr dəqiqləşdirilir: "Hazırda sərhəd bölgəsində gərgin vəziyyət hökm sürür...".

Xatırladaq ki, İsrail ordusu iləLivanın cənubunda kök salan Hizbullah arasında 8 oktyabr 2023-cü il tarixindən toqqşma güclənib. İndiyə qədər toqquşmalarda 276 Hizbullah üzvü, 54 Livan vətəndaşı öldürülüb. İsrail isə 7 dinc sakinini və 11 hərbçisini itirib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR