Ərdoğanın İraqa səfərinin görünməyən tərəfləri... - TƏHLİL
30-04-2024 [18:52]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 il sonra İraqa etdiyi səfər və səfər zamanı imzalanan 30-a yaxın hökumətlərarası sazişdən bəzilərinin detalları məlum olub.
Belə ki, İraq Sərhəd Qoşunları 30 ildən sonra ilk dəfə Türkiyə sərhədindəki Zaho rayonunda iki hərbi baza qurub. Bundan başqa İraqla bağlanan müqaviləyə görə türk ordusu İraqla sərhəd boyunca 300 km, dərininə isə 40 km bir ərazini qalıcı olacaq şəkildə istifadə edə biləcək. Başqa sözlə desək, Türkiyə həm də bu ərazilərdə hərbi baza yaratmaq imkanı əldə edib.
Əldə edilən razılaşma həm Türkiyə, həm İraq, həm də Kürdüstan müxtariyyəti üçün müsbətdir:
Birincisi, Zaho rayonunda qurulan iki hərbi baza mühümdür. Belə ki, iki ölkə PKK, PYD və YPG, habelə radikal qruplaşmaların fəaliyyətindən narahatdır. PKK-nın əsas bazaları Hakurk, Metina, Qara və Zaho rayonlarında yerləşir. Yəni Zaho rayonunda qurulan iki hərbi baza və Türkiyə ordusunun bu rayonlarda rahat hərəkət edəcək olması faktiki olaraq əraziyə Ankara və Bağdadın nəzarət etməsini təmin edəcək.
İkincisi, regiondakı əksər dini radikal silahlı birləşmələri İran maliyyələşdirir. Rəsmi Ankara və Bağdad Tehranın bu fəaliyyətlərindən ciddi narahatdır. İraqın şimalı isə bu silahlı birləşmələrə Tehranın yardım daşıdığı əsas regiondur.
Əraziyə Türkiyə və İraqın birlikdə nəzarət etməsi Suriya, Livan və Fələstindəki radikal qruplaşmalara edilən yardımlara həm nəzarət imkanı yaradacaq, həm də lazım gəldikdə qarşısını almaq.
Üçüncüsü, İraq təbii qazını Türkiyə vasitəsilə Avropa bazarına çıxarmaq və əlavə gəlir əldə etmək istəyir. Ankara da bu məsələdə maraqlıdır. Bu razılıqla ərazisinin təhlükəsizliyi təmin ediləcək və terror təşkilatlarına zərbə vurulacaq. Yəni gələcəkdə yeni layihələrin icrası mümkün olacaq.
Mümkündür ki, Türkiyə gələcəkdə bənzər razılaşmanı Suriya ilə də əldə etsin. Tərəflər arasında son zamanlar qeyri-rəsmi səviyyədə də olsa təmaslar qurulur. Münasibətlərin normallaşması fonunda bu istiqamətdə razılıq əldə edilə bilər.
Turan Rzayev
MİA.AZ
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb