"Fənərbağça"nın baş məşqçisi: "Yunan komandasına qarşı ideal 11-liklə oynayacağıq"

img

18-04-2024 [00:32]


Konfrans Liqasının 1/4 final revanş oyununda bu gün "Olimpiakos"u qəbul edəcək "Fənərbağça"nın baş məşqçisi İsmail Kartal iddialı danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ülker Stadionunda oynanılacaq matçdan əvvəl mətbuat konfransında açıqlama verən Kartal ilk matçda 3-2 hesabı ilə uduzmalarından söz açıb: "Bu gün isə yarımfinala çıxmaq üçün mübarizə aparacağıq. Rəqibimizi analiz etmişik, yaxşı bir komanda ilə oynayacağıq,  Əlbəttə, biz də onlar kimi yaxşı komandayıq və burada rəqibimizi məğlub etmək istəyirik. Matçdan qalib ayrılaraq adımızı yarımfinala yazıdrmaq üçün əlimizdən gələni edəcəyik".

Oyuna ideal 11-liklə çıxacaqlarını xüsusi qeyd edən İsmayıl Kartal bildirib ki, hücum fəlsəfəsindən sonadək əsla vaz keçməyəcək: "Bilirsiniz ki, biz hər matça qələbə üçün çıxırıq. Biz heç vaxt oyun fəlsəfəmizdən vaz keçmədik. Belə də davam edəcəyik. Ümid edirəm ki, oyunun taleyini uzatma və ya penaltilərə qalmadan həll edəcəyik".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR