Yaponiyada ard-arda zəlzələ olub

img

18-04-2024 [00:03]


Yaponiyada ard-arda zəlzələ olub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın qərbindəki Ehime prefekturasının sahillərindəki Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyinin açıqlamasına görə, 6,4 bal gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 bal gücündə isə 40 kilometr dərinlikdə qeydə alınıb.

Ehime, Koçi, Oita və Xirosima prefekturalarında hiss olunan zəlzələlərdən sonra sunami xəbərdarlığı verilməyib.

Qeyd edək ki, Bunqo-suido boğazı Seto daxili dənizini Filippin dənizi ilə birləşdirir.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR