"Beşiktaş" rəsmisi: "İşimiz çox çətindir, əlimizdə çürük komanda var"

img

17-04-2024 [00:07]


Baş məşqçi Fernando Santos ilə yollarını ayıran Beşiktaş Futbol Komandası Baş Koordinatoru Səməd Aybaba jurnalistlərlə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, komandadakı vzəiyyətdən danışıb: "Dünən futbolçuları bir mövsümdə 6-cı baş məşqçi dəyişməyimiz barədə təbrik elədim (ironiya ilə) Dedim, sizə yazşı oldu...".

Aybaba bildirib ki, komanda tamamilə çöküb: "İşimiz çox çətindir, əlimizdə çox pis, çürük komandamız var. “Fənərbaxça” və “Qalatasaray”ın heyətlərinə baxın, aradakı fərqi qaldırmaq asan deyil. Bu, 3-5 günə görüləcək iş deyil. Biz əlimizdən gələni edirik, açığı, transfer siyahımız da var..."

Səməd Aybaba adı tez-tez "Beşiktaş"la hallanan məşqçi Sergen Yalçından da söz açıb: "Hələlik Sergen Yalçınla görüş olmayıb. Hazırda o, bir komandanı çalışdırır. Bu vəziyyətdə onunla görüş etik baxımdan doğru olmaz".

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR