Partiya liderindən bələdiyyə sədrinin həbsinə sərt reaksiya: "Bu, hüquqi deyil, siyasi qərardır"

img

16-04-2024 [11:07]


CHP lideri Özgür Özel Antalyada teleferik qəzasına görə Kəpəz Bələdiyyə Başçısı Məsut Kocagözün həbs olunmasına etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə sosial media hesabında paylaşım edib.

Partiya sədri CHP-li bələdiyə sədrinin həbsini siyasi qərarla əlaqələndirib: "Kəpəz Bələdiyyə sədri Mesut Kocagözlə bağlı verilən həbs qərarını və uni prosesi yaxından izləyirik. Ancaq Soma mədənində baş verən qəzada heç bir vəzifəli şəxsi həbs edilməməsinə baxdıqda, bu qərarın hüququ deyil, siyasi olduğu aydınlaşır."

Partiya sədri kimin günahı varsa, cəzasını almalı olduğunu da yazıb: "Bu, bizim qırmızı xəttimizdir. Ancaq CHP-lidir deyə kimsə bələdiyyə başqanımız günah keçisi seçə bilməz".

Zülfiyyə

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR