Türkiyədə qəribə olay: "Bizi cin vurub" - 3 nəfər xəstəxanaya üz tutub, əraziyə polis və həkimlər göndərilib (FOTO)

img

16-04-2024 [09:41]


Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda heyrətamiz hadisə baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, rayonda 3 nəfər "məni cin vurub" şikayəti ilə xəstəxanaya müraciət edib.

Məlumata görə, bu xəbərin sürətlə yayılmasından sonra təcili yardım, polis və jandarma qrupları bölgəyə göndərilib. Lakin dayanmadan atılıb-düşən həmin 3 nəfər yenidən xəstəxanaya getməkdən imtina ediblər: "Daha sonra hadisə yerinə molla dəvət olunub, o, dua oxuduqdan sonra qəribə hərəkətlər edən adamlar sakitləşib...".

Türkiyə mətbuatı yazır ki, bu qəribə olay bölgədə qorxu və təəccüb yaradıb...

Tahir Şəlvəli

MİA.AZ
 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR