Nazir xanımı direktoru vəzifədən azad edib - İqbal Səlimov yüksək posta təyin olunub

img

09-04-2024 [18:51]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi "Lənkəran Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsə yeni direktor təyin edilib.

Məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə bu vəzifəyə Səlimov İqbal Soltanağa oğlu təyin olunub.

Şəbiyeva Vəfa Güləli qızı isə sözügedən müalicə müəssisəsinin direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Lənkəran Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərin kompleks tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisədir(Qaynarinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR