Hava şəraiti dəyişəcək - Xəbərdarlıq

img

09-04-2024 [14:54]


Aprelin 11-dən Azərbaycanda hava şəraitinin küləkli və yağıntılı keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında aprelin 11-dən 12-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında da aprelin 10-dan 11-i günün ikinci yarısınadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 11-də arabir 15-20 m/s-dək güclənəcək.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR