Nazirlikdən Ukraynaya oxumağa gedənlərə - Xəbərdarlıq

img

09-04-2024 [11:23]


Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi Ukraynada təhsil almaq istəyən şəxslərə müraciət edib.

Mia.az xəbər verir ki, bu barədə Agentliyin Kvalifikasiyaların tanınması departamanetinin direktoru Aysel Kərimli Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün keçirilən təlimdə danışıb.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayan zaman orada təhsil alan tələbələrə müəyyən güzəşt edildi: "Lakin Ukraynada təhsil almaq istəyən şəxslərə gedib orada oxumağı tövsiyə etmirik. Müraciətlər daxil olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin diplomları tanınacaq, ya yox?! Bu barədə yaxın günlərdə vətəndaşlara ətraflı məlumat veriləcək. Hansı tarixdən Ukrayna diplomlarının tanınması məsələsinə baxılmayacağı ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq. Hazırda statistik məlumatlar toplanır".

A.Kərimli qeyd edib ki, bəzi tələbələr hazırkı müharibə şəraitində universitetə daxil olurlar, sonra yenidən Azərbaycana transfer olmaq istəyirlər: "Bu, birmənalı şəkildə tövsiyə edilmir"(Report)


Digər xəbərlər
SON XƏBƏRLƏR