Mozambikdə qayıq batıb: 94 nəfər ölüb - İtkin düşənlər var

img

09-04-2024 [00:14]


Afrika ölkəsi Mozambikdə batan qayıqda 100-dək insan ölüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Mozambik Dəniz Nəqliyyatı Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, batan qayıq Nampula əyalətinin Lunqa bölgəsindən Mozambik adasına doğru üzürmüş: "Dənizdə başlayan güclü dalğa nəticəsində qayıq batıb. Nəticədə aralarında uşaqların da olduğu 94 nəfər ölüb. Onların artıq cəsədi tapılıb. 26 nəfər isə itkin düşüb..."

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR