Allahşükür Paşazadə: "Adambaşına 10-15 manat fitrə zəkatı verilməlidir"

img

08-04-2024 [16:47]


Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 10-na təsadüf edir.

Mia.az xəbər verir ki, bu barədə Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə təbrik müraciətində deyilir.

Şeyx daha sonra qeyd edib ki, Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur: "Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR