Ceyhun Bayramov Qırğız Respublikasına gedib

img

08-04-2024 [15:04]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, habelə digər yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR