Rusiyada güclü daşqın: 39 bölgədə 10400-dən çox evi su basıb, ölənlər var

img

08-04-2024 [13:45]


Rusiyada Ural çayının daşması nəticəsində Orsk şəhərində evləri su basıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, son vəziyyətlə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ural dağlarından mənbəyini götürən və Xəzər dənizinə axan Ural çayında suyun  səviyyəsi kəskin artıb:

"Dağlarda əriyən çaylar cümə günü cəmi bir neçə saat ərzində bir neçə metr qalxaraq Orsk şəhərində bəndini dağıdıb. Nəticədə Sibir, Volqa və ölkənin digər mərkəzi rayonlarında daşqınlar baş verib. Ümumilikdə Rusiyanın 39 regionunda 10 400-dən çox evin su altında qalıb, minlərlə insan evlərindən təxliyyə olunub. Çox təəssüf ki, daşqınlar öülmlərə də səbəb olub. Hazırda yerlərdə əməliyyat-xialsetmə işləri davam edir".

Samir Musayev

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR