Azərbaycanda sensasiya: ata sosial yardım verilmədiyi üçün 3 övladından imtina etdi - "Kimsə geri gətirsə, balkondan atacam"

img

08-04-2024 [11:56]


Azərbaycanda ata sosial yardım verilmədiyi üçün 3 övladından imtina edib.

Mia.az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağının sədri Mehriban Zeynalova deyib.

"3 uşaq sığınacağımıza yerləşdirildi. Onların gətirilmə səbəbləri isə atalarının uşaqları üçün sosial yardımdan imtina olunması olub. Ata uşaqlara aylıq yardım imtinasından sonra, övladlarına baxmaq istəmədiyini bildirib. Əgər kimsə uşaqları evə gətirsə, övladlarını balkondan atacağı ilə hədələyib. Hazırda uşaqlar sığınacaqdadır və anaları bir dəfə baş çəkmək üçün gəlib", - deyə o söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR