Norveç polisi silahlanıb - Məscidlərə hücum təhlükəsi var

img

08-04-2024 [00:15]


Norveçin paytaxtı Osloda məscidlərə hücum təhlükəsi yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Oslonun polis rəisi Oyvind Hammervold NRK dövlət televiziyasına müsahibəsində deyib.

Polis rəisi bildirib ki, Oslodakı müsəlman icmalarına və məscidlərə qarşı təhdidlər son aylar ciddi xarakter almağa başlayıb: "Buna görə də biz Norveç Kəşfiyyat və Təhlükəsizlik Təşkilatlaır ilə birgə işləyirik. Ümid edirəm ki, təhdid və hücum niyyətində olanları tezliklə aşkarlayacağıq. Həmin vaxta qədər də polislərimz silahla gəzməyə davam edəcək".

Xatırladaq ki, Norveçdə ciddi təhlükələr olmadığı təqdirdə, polis silahsız dolaşır.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR