Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-04-2024 [00:01]
Qoç - son hadisələr, alınan məlumatlar perspektivləri düşünməyə, prioritetləri dəqiq müəyyənləşdirməyə zərurət yaradır. Ünsiyyəti minimuma endirin. Təhlil üçün əlverişli şərait yaradın. Fəaliyyət sahənizi qaydaya salın. Rutin saydığınız məqamlar cari durumu aydınlaşdırmağa imkan verəcək.
Günün ikinci yarısında seçimdə yanılmayın. Diaqnostika, müayinə, profilaktiki tədbirlərə başlamaq üçün yaxşı zamandır. Pəhrizi unutmayın. Şəxsi münasibətlərdə qayğıkeş olun. Yardımlarınızı əsirgəməyin. Sevdiyiniz insanı hədiyyə ilə sevindirin.
Buğa - istədiyiniz yox, vacib olan işlə məşğul olun. Fəaliyyət müstəvisində qayda yaradın. Yaxınlarınızın tapşırıq və xahişlərini yerinə yetirin. Belədə münasibətlərin ümumi fonu yaxşılaşar. Sizə yardım etmək istəyən insan var.
Günün ikinci yarısında əlavə gəlir və ya hədiyyə ola bilər. İrəliləyiş üçün fəallaşmağa ehtiyac duyulur. Yaxınlarınızı qayğı, diqqətlə sevindirin. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Əkizlər - ən kiçik, ilk baxışdan önəmsiz təsir bağışlayan hadisələrdə diqqətli davranın. Təfərrüatları nəzərdən qaçırmayın. Ev işlərini bitirməyə, məişət qayğılarını nizamlamağa vaxt ayırın.
Günün ikinci yarısında ideyalarınızı və ya yeni fikirlərinizi tərəfdaşlarla paylaşa bilərsiniz. Kollektiv fəaliyyətdə xeyir var. Axşam saatlarında romantikaya qapılmayın, praqmat olun. Dostlarla təmaslarda rasionallığa üstünlük verin.
İllüziyalara qapılaraq kobud səhvə yol verməyin.
Xərçəng - işlərinizi rasionallaşdırın. Məntiqlə davranın, qərarlarınızın ağıllı olmasına can atın. Detalları saf-çürük edin. Aldığınız məlumatı təhlilə uğradın. Yalnız bundan sonra yeni məqsədləri müəyyənləşdirmək olar. Alış-verişə yollanmaq olar. Günün ikinci yarısında təmasların sakit, konstruktiv olması gərəkdir. Münasibətlərdə harmoniyaya can atın. Axşam saatlarında normal istirahət edin.
Şir - işlərinizdə səhman yaradın, başlanmış prosesləri səhmana salın. Təsərrüfatda gərəkli məhsulları alın.
Heç bir işdən çəkinməyin. Yaxın gələcəklə bağlı planlarınızı müzakirə edin, danışıqlar aparın. Yaxınlarınızla məsləhətləşə bilərsiniz. Praktiki mənaya malik ideyalar istisna deyil. Axşam saatlarında səhhətinizin qeydinə qalın, normal istirahət edin. Stressdən qurtulmağa çalışın.
Qız - təşkilatçı olun, problemlərin çözümündə liderlik edin. Səlahiyyətləriniz arta bilər. Əlavə işlər və tapşırıqlar olacaq. Bununla belə, az işləyib çox qazanmağın yollarını düşünün. Özünüzə və başqalarına qarşı iradlarınız artmasın. Təxirə saldığınız, unutduğunuz məsələləri günün ikinci yarısında xatırlayın. İnformasiya mənbələrini yeniləyin, münasibətlərdə dönüş yaradın. Aldığınız mal və məhsula qiymətindən artıq pul ödəməyin.
Tərəzi - günün ilk yarısında etibarən yaranan problemlər nə qədər ağır və mürəkkəb olarsa, onları çözməkdə o qədər aktivlik nümayiş etdirin. Kreativ davranın. Lakin başqalarının əvəzinə işləməyin. Belədə ifrat yorğunluq və bihallıq istisna deyil.
Günün ikinci yarısı yaradıcılıq, dostlarla ünsiyyət, görüşlər üçün pis deyil. Xərclərinizin həddini bilin. Şəxsi münasibətlər üçün yaxşı zamandır. Cüzi təfərrüatları şişirdib keçilməz sədlərə çevirməyin. Qayğıkeş və səmimi olun.
Əqrəb - yaxın ətrafınızdakı insanla dil tapmağa çalışın. Qarşı tərəfin emosional durumunun incəliklərinə fikir verin. Əks təqdirdə ən cüzi səbəblərə görə iradlarla qarşılaşacaqsınız. İfrat tələbkarlıq ümumi işin ziyanınadır.
Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Kiməsə "həyatı anlatmaq" fikrinə düşməyin. Maraqlandığınız işə başlayın. Proses yarımçıq qalmamalıdır. Axşam saatlarında alış-verişə yollanmaq olar.
Oxatan - proseslərə süni təkan vermək əvəzinə yaşananları diqqətlə müşahidə edərək lazımi nəticələr çıxarın. Gərəkli anda lazımi yerdə olmağı bacarın. Yardım və yaxşı məsləhət istisna deyil. Ümumi işi həmfikir və ya tərəfdaşlarla birlikdə bitirmək olar.
Günün ikinci yarısında qrup fəaliyyəti pis alınmayacaq. İşgüzar münasibətlərdə romantik hisslərə yer olmamılıdır. Yaxın gələcəklə bağlı perspektivləri müzakirə edin. Sevdiyiniz insanla söhbət zamanı hisslərə qapılmayın, aqressiv olmayın.
Oğlaq - bir qədər aktiv çalışın, yaranan şanslardan maksimum istifadə edin. Gün ərzində sürprizlər az olmayacaq. İnformasiya mübadiləsi və ünsiyyətdə tapıntılar istisna deyil. Ev işləri ilə məşğul olmaq niyyətiniz varsa, çətinlikləri tələsmədən aradan qaldırın.
Günün ikinci yarısında səfər və ya uzaq yol istisna deyil. İnternetdə məlumat arayırsınızsa, vaxtınızı mənasız işlərə sərf etməyin. Real və ya virtual təmaslar əhvalınızı yaxşılaşdıracaq.
Dolça - maliyyə məsələləri və yaxın gələcəklə bağlı tələsik qərar verməyin. Situasiyada dəyişikliklər olacaq. Uzun müddətdən bəri, zəhmətlə hazırladığınız planlara yeniliklər edin. Önəmli tədbiri, görüşü və ya danışıqları ertələməyiniz məsləhətdir.
Günün ikinci yarısında hadisələrin axarı istədiyiniz kimi olmayacaq. Təsəvvürləriniz dəyişə bilər. Yaşananların laqeyd, apatik müşahidəçisi olmayın. Bəzi problemlər göründükləri qədər ağır və təhlükəli deyil.
Balıqlar - günün ilk yarısından etibarən güzəştlərə meylli olsanız, bir sıra mövqelərinizi itirə bilərsiniz. Qərarların qəbulundan bilərəkdən yayınmayın. İradəli və qətiyyətli olun. Güclü insan təsiri bağışlayın. Yaranmış situasiyanı təhlil etmək üçün aramla davranın. Sizi indiyədək narahat etmiş məsələlərə günün ikinci yarısında cavab tapa bilərsiniz. Müxtəlif mənbələrdən məlumat almağa çalışın. Yazışmanı bərpa edin. Axşam saatlarına dostlarla görüşmək, qonaq getmək, qonaq qəbul etmək olar. Təmir və yaşam arealında qayda yaratmaq üçün yaxşı zamandır.
Milli.Az
Zelenski NATO Baş katibi ilə bir arada: "Rusiya yeni hücuma hazırlaşır" - Ukrayna Alyansa üzv olmaq istəyir
Mehriban Əliyeva: "Əməyinə və iradənə görə çox sağ ol!"
Ukrayna Azərbaycana yeni səfir göndərib (Yenilənib)
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonası minalardan təmizlənir
Sabiq rəis generalı ittiham edir, “Azərsun Holdinq”in adını çəkir: "800 min manatı generala verdim" - General və keçmiş idarə rəislərinin məhkəmə prosesi
Bakıda beynəlxalq oyun festivalı və konfrans keçiriləcək
Dövlət Su Ehtiyatları Agentliyi haqda yeni qərar imzalanıb
"Nar" hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Partiya sədrindən Nizamidəki özbaşınalığa etiraz: "İcra Hakimiyyəti kimlərə xidmət edir?" - VİDEO
İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
Ülviyyə Fətəliyeva Avropa çempionu olub
Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi qandallanıb
Şotlandiyanın ilk müsəlman baş naziri istefa verib - Açıqlama
Rusiya MN: "Ukraynada daha bir qəsəbəni nəzarətə götürdük"
"90 faiz insan bir addım o tərəfə aralanan kimi dalınca danışır" - "Heç onlar bilmirlər ki, it kimi öləcəklər, yoxsa nə kimi"
Hərbçimiz minaya düşüb - Qazaxda (Yenilənib)
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
İMTAHANLARIN VAXTI DƏYİŞDİ - DİM-dən açqılama
Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib
Yatağına sığmayan Kükü çayı - VİDEO
Ekspertdən deputata irad: "Ya milli təəssübkeşliyi yoxdur, ya da..."
Prezident İlham Əliyev Çin Xalq Assosiasiyasının sədri ilə görüşdə: "....səylərimizi əsirgəmirik" - FOTOLAR
PREZİDENT İKİ NƏFƏRİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ: Rəşad Nəbiyevin yeni müavinləri kimdir? - FOTOLAR
Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib - FOTOLAR
"Youtuber" 25 metr hündürlükdən yerə çırpılıb - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Mayın 5-də imtahanı keçiriləcək
PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ - Nazir əvəzi icra başçısı təyin olunub (FOTO)
Sabiq deputat hakim qarşısına çıxarıldı: "Siyasi fəaliyyətimə görə həbs edilməmişəm" - VİDEO, FOTO (Yenilənib)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Baş prokuror 5 rayonun sakinlərini qəbul edəcək
Xarici ticarət dövriyyəsi niyə azalır? - Vüqar Bayramov yazır
"Real Madrid"in türk ulduzu: "Mənə burada "abi" deyirlər"
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət oğurlanlb
Bakıda qətl: 70 yaşlı kişi 45 yaşlı şəxsi öldürdü
Baş məşqçidən qəzəbli açıqlama: "Feriştahı gəlsə, görüşə bilməz"
"Qəssam tuqayları" İsrail hərbçilərini öz silahı ilə vurub - F16-ların bombası partlamayıb?
"Fənərbağça"nın oyunçusu 6 həftə futbol oynaya bilməyəcək
Türkiyədə daha bir zəlzələ olub - 4.2 bal gücündə
Deputat işıqların tez-tez kəsilməsinə etiraz etdi: "Bir nəfərə görə bütöv kənd cəzalandırıla bilməz"
Daha bir ölkədə qızılca epidemiyası: 19 uşaq ölüb