Pənah Hüseynlə Tural Abbaslı təbliğat üçün hara pul xərcləyib? - İki partiya sədrinin şübhəli hesabatı gündəm oldu (HESABAT)

img

03-04-2024 [09:28]


Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar 2023-cü il üçün maliyyə hesabatlarını təqdim ediblər.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, iqtisadçı-ekspert Allahverdi Aydın bəzi siyasi partiyaların təqdim etdiyi maliyyə hesabatlarının doğru tərtib olunmadığını bildirib.

Ekspert bildirir ki, maliyyə hesabatı təqdim edən siyasi partiyalardan bəziləri Nazirlər Kabinetinin qəbul etdiyi “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nın tələblərini pozublar:

“Məsələn, dövlət büdcəsindən maliyyə vəsaiti alan Yeni Azərbaycan Partiyası ilə Vəhdət Partiyasının əmək haqqı fondu var. Lakin hesabatda neçə işçilərinin olduğunu açıqlmayıblar. Halbuki, bu hal “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nın 14.2.4-ci maddəsinin tələbinə ziddir”.

İqtisadçı-ekspert eyni zamanda bildirir ki, bəzi partiyalar maliyyə hesabatını boş təqdim ediblər:

“Maliyyə hesabatını boş təqdim edən partiyalardan bəzilərinin faktiki olaraq fəaliyyəti var və onlar müəyyən xərcləmələr həyata heçirirlər. Amma, bunlar maliyyə hesabatında yer almayıb. Təxminən 3-4 il əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti siyasi partiyalardan bəzilərinə ofis sahəsi ayırıb və onlar da buna görə icarə haqqı ödəyirlər. Lakin, qeyd etdiyimiz kimi, həmin partiyalar bu vəsaiti öz maliyyə hesabatlarında göstərməyiblər”.

“Başqa bir diqqət çəkən məqam isə odur ki, siyasi partiyalardan bəzilərinin sədrləri eyni zamanda maliyyə hesabatını hazırlayan baş mühasiblərin vəzifəsini icra ediblər”, - deyən iqtisadçı-ekspert bildirir ki, Ağ Partiyanın və Azərbaycan Xalq Partiyalarının sədrləri – Tural Abbaslı ilə Pənah Hüseyn həm də baş mühasib olublar.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR