SOCAR PREZİDENTİ MİA.AZ-ın SUALINA BELƏ CAVAB VERDİ - VİDEO

img

02-04-2024 [13:15]


SOCAR rəhbəri, AFFA-nın yeni prezidenti Rövşən Nəcəfin mətbuat konfransında maraqlı an yaşanıb.

Mia.az xəbər verir ki, tədbirdən sonra Rövşən Nəcəf jurnalistlərlə sagollaşarkən mia.az-ın əməkdaşı onun sualına yer verilmədiyini diqqətə çatdırıb.

R. Nəcəf kreativ davranaraq jurnalisti elə yerindəcə dinləməyə hazır olduğunu bildirərək sualını verməsinə şərait yaradıb.

Mia.az-ın "AFFA-nın və klubların maliyyə məsələləri ilə bağlı məlumatlar media üçün açıq və şəffaf olacaqmı? Bizə adətən yekun hesabat xarakteri məlumat verilir. Amma il ərzində yerli büdcədən, xarici investorlardan gələn maliyyə vəsaitinin hərəkətinə dair məlumatları da almaq istərdik", - sualına AFFA trhbəri belə cavab verib: 

"Adətən maliyyə məsələlərinə dair yekun hesabat olur. Aralıq hesabatların media üçün açıq olmasına dair təcrübənin olduğundan hələ məlumatlı deyiləm. Biz bunu beynəlxalq təcrübəni də öyrənərək tətbiq edə bilərik".

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR