Keçmiş SSRİ-nin yerləşdirdiyi minalar partlayıb - 9 uşaq ölüb

img

02-04-2024 [09:53]


Əfqanıstanın Qəzni vilayətində keçmiş Sovet İttifaqının işğalı dövründən qalan mina partlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər  verir ki,  bu barədə Qəzni Mədəniyyət və İnformasiya mərkəzinin direktoru Molla Həmidullah Nisar Taliban administrasiyasının xəbər agentliyi "Bəhktar"a danışıb.

Nisar bildirib ki, Sovet İttifaqının Əfqanıstanı işğalı müddətində üsyançılara qarşı basdırılan mina dünən Giro rayonunun Zedran kəndində partlayıb: "Mina uşaqların ərazidə oynayarkən parlayıb. Hadisə nəticəsində 5-i qız olmaqla 9 uşağın həyatını itirib"

Xatırladaq ki, 1979-1989-cu illərdə Əfqanıstan keçmiş SSRİ-nin işğalı altında oluub.

Samir Musayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA