Fatih Ərbakan Ərdoğana meydan oxudu: "2028-də iqtidara gələcəyik"

img

01-04-2024 [10:25]


31 mart bələdiyyə seçkisində ümumilikdə 6.19 faiz səs alaraq Türkiyədə 3-cü güclü partiya səviyyəsinə yüksələn Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan tərəfdarları ilə görüşdə iddialı mesajlar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iki şəhərdə - Şanlıurfa və Yozqatda bələdiyyə sədrləri postlarını qazanan Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın sözlərinə görə, bununla yanaşı, 43 rayon, 24 qəsəbədə də sədr vəzifəsinə silahdaşları seçiliblər: "Bundan əlavə, xeyli bələdiyyələrin məclislərində də partiya üzvlərimiz təmsil olunacaq. Partiyamızın fədakarlarına seçki prosesində göstərdikləri fədakar əməyə görə təşəkkür edirəm. Bu seçkinin şəksiz qalibi və ulduzu bizik. Seçkilərdə Şanlıurfa və Yozgat şəhərlərindən başqa 43 rayon və 24 qəsəbə bələdiyyəsini də qazandıq. Bu, artıq Türkiyənin Milli Baxışa üstünlük verdiyini göstərir. Bu nəticələr Milli Görüşün yenidən canlanması və Yenidən Rifah Partiyasının iqtidara doğru yürüşünün ayaq səsləridir. 2028-də biz birlikdə iqtidara gələcəyik".

Ərbakan deyib ki, partiyası mayın 14-də keçirilən prezident və parlament seçkiləri ilə müqayisədə bələdiyyə sədri seçkilərində 100 faiz, bələdiyyə şurası üzvlüyündə isə 150 ​​faizdən çox səs artırıb: "Haqqı olanın haqqını aldığı, ləyaqətinin ön planda olduğu, ədalətin, sərvətin hər kəsə məxsus olduğu bir ölkə üçün çalışmağa davam edəcəyik. Rifah bələdiyyələrində yenə bələdiyyə başçılarımızın necə xidmət edəcəyini görəcəksiniz. "Rifah yerlərdən  başlayır” şüarımızla inşallah millətimizə xidmət edəcəyik".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR