CHP sədri "balkon çıxışı"nda ağladı: "Millətimizin bu mesajını müqəddəs bir əmanət kimi görürük" - VİDEO

img

01-04-2024 [00:58]


31 mart bələdiyyə seçkiərində gözlənilənlərin əksinə olaraq AKP-yə qalib gələrək 35 iri şəhər bələdiyyə sədri postunu qazanan CHP-nin sədri özgür Özəl mərkəzi Qərargahın önündə "balkon çıxışı" edib.

Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, o, çıxışında deyib: "Bu gün ölkəmizə səsləri ilə dəstək olan hər kəsə təşəkkür edirəm. Bütün əməyi keçən hər kəsə təşəkkür edirəm".

Daha sonra göz yaşçına boğulan CHP lideri bildirib ki, nəticələr seçicilərin Türkiyədə yeni bir siyasət, yeni bir dəyişim istədiyini qabardıb: "...CHP təşkilatlarına təşəkkür edirəm. Seçkilərin nəticələri göstərdi ki, seçicilər Türkiyədə yeni siyasət qurmaq qərarına gəliblər. Bu gün seçicilər Türkiyənin 22 illik mənzərəsini dəyişmək qərarına gəliblər. Hökumətin qeyri-mütənasib gücünü tarazlaşdırmaq qərarına gəliblər. Cümhuriyyətin ikinci əsrində  tarixi bir nəticədir. Bu qələbə bizə ölkəmizin necə idarə olunması ilə bağlı da mühüm mesaj verdi. 

...Biz itirilmiş hüquq dövlətinin qayıtmasını istəyirik. Fərqlər bizim sərvətimizdir. Biz Türkiyə Cümhuriyyətinin vətəndaşları olaraq birlik və həmrəylik istəyirik. Millətimizin verdiyi bu mesajı müqəddəs bir əmanət kimi görürük. Biləsiniz ki, bu seçkilərdə uduzan yoxdur. Xalqımız yaxşı xidməti mükafatlandırıb, pis xidməti, pis əqidəni cəzalandırıb.

2019-cu ildə CHP-nin AKP-dən götürdüyü İstanbul, Ankara, Mersin, Adana və Antalya bələdiyyə sədrlərinə xüsusilə təşəkkür edirəm. Onlar CHP-nin heç bir bəhanə gətirmədən, hətta mərkəzi hökumətin dəstəyi olmadan təmiz və dürüst idarəçilikləri ilə bugünkü qələbənin baş memarlarıdır...".

Özgür Özəl daha sonra CHP-nin sabiq sədri Kamal Kılıçdaroğluna təşəkkür edib: "Türkiyədə seçki yolu ilə liderini dəyişə biləcək bir partiya olduğunu CHP-nin qurultayına göstərən cənab Kılıçdaroğlu və onun nümayəndələrinə çox şey borcluyuq...".

Lamiyyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR