Akşenerin partiyası "sökülür": komitə sədri onu istefaya çağırdı - Seçkidəki uğursuzluğa görə

img

01-04-2024 [00:31]


Türkiyədə 31 martda keçirilən seçkilərdə böyük məğlubiyyətə uğrayan İYİ partiyasında istefalar başlayıb.

Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, Meral Akşenerin lideri olduöu İYİ Partiyanın İqtisadi-siyasətl komitəsinin sədri Bilge Yılmaz tutduğu vəzifədən istefa verib.

O, bu barədə açqılamasında partiyanın başqanı Meral Akşeneri də istefaya çağırıb: "Qarşıdakı parlement seçkilərində ölkəmizi AK Partiya hökumətinin pis və səriştəsiz idarəçiliyindən xilas etmək üçün bu gündən işə başlamalıyıq. Bu nəticələr göstərir ki, bizim görəcəyimiz çox iş var və boş yerə vaxtımız yoxdur. Bu istiqamətdə görəcəyim işlərə diqqət yetirmək üçün İYİ Partiyasındakı vəzifəmdən istefa verirərm...".

Xatırladaq ki, İYİ Partiya təkcə Nevşəhərdə bələdiyyə sdəir vəzifəsini qazanıb. Partiyanın seçkidəki topladıöğəı ümumi səs faizi isə 3 faiz həddindədir. 

Lamiyyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR