Aktrisa Serenay Sarıkaya "Adana Demirspor" forması ilə səs verib - FOTOLAR

img

01-04-2024 [00:03]


Rolları ilə yanaşı, açıqlamaları ilə gündəmdən düşməyən aktrisa Serenay Sarıkaya ölkəsində keçirilən bələdiyyə seçkilərində də diqqəti özünə cəlb edə bilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Beşiktaşdakı Tevfik Fikrət adına məktəbdə "Adana Demirspor" forması ilə gedən aktirsa səsvermədən sonra jurnalistlərə açıqlama verib.

O bildirib ki, bu gün vətəndaşlıq borcunu yerinə yetirib: "Vətəndaşlıq borcumuzu yerinə yetirdik. İnşallah, hamımız üçün ən yaxşısı olar". 

"Adana Demirspor"un formasını geyinməsi ilə bağlı suala cavab verən Serenay Sarıkaya  deyib ki, bu formanı klub "Ailə" serialına çəkildiyi zaman hədiyyə edib: "Üstündə hər kəsin adı yazılmış formalar bütün çəkiliş heyətinə hədiyyə olundu. Bu gün ilk dəfə geyindim...". 

Serenay Sarıkayanın "Adana Dəmirspor" formasını geyinməsinə klubun sabiq prezidenti Murat Sancak operativ reaksiya verib: "Yaraşmış!"

Ləman

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR