Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb

img

29-03-2024 [12:51]


Qəzza zolağında son sutkada daha 71 nəfər həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra ənənəvi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, son 24 saatda İsrail qüvvələrinin Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ümumilikdə 112 fələstinli isə yaralanıblar: "Bununla da 7 oktyabrdan bəri Qəzza zolağında həyatını itirənlərin sayı 32 min 623-ə, yaralı sayı isə 75092-yə yüksəlib".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR