"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi

img

27-04-2024 [11:03]


"Azəriqaz" İB-n eyni şöbədə işləyən iki işçisi - biri qadın olmaqla tarif maaşının dərəcəsini artırılması üçün SOCAR İRD təşkil etdiyi imtahanda iştirak edib. İkisi də eyni balı toplayıb - 20 bal. İmtahanda iştirak edənlərdən qadın həmin şöbədə 20 il, o biri şəxs - kişi həmin şöbədə 4 ay (ümumilikdə "Azəriqaz"dakı iş stajı 17 ildir) çalışır. Ancaq xanımın yox, o biri işçinin tarif dərəcəsi artırılıb".

Mia.az xəbər verir ki, bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

O, daha sonra müvafiq qurumlara üz tutaraq soruşub: "Xanımın niyə, hansı kriteriyalar əsas götürülüb sualına cavab verilmir? Bu halda "Azəriqaz" İB  seçim zamanı hansı amillərə üstünlük verib: nepotizm, qadına qarşı diskrinimasiya, yoxsa gender  yanaşması ilə kişiyə üstünlük verilməsi?!".

"Azəriqaz"ın rəsmisi Xəqani Bəşirli isə Mirvari Qəhrəmanlının iradları ilə razılaşmayıb.

O, komitə sədrinin paylaşımına belə reaskiya verib: "Mirvari xanım, sizə müraciət edən əməkdaşımız dünən axşam iş günün sonuna yaxın gəlib. Görüşmək istədiyini bildirib və əvvəlcədən planlaşdırılmış başqa bir görüşümüz olduğuna görə bildirilib ki, 29-u saat 14:00-da o qəbul olunacaq və bütün suallarına cavab veriləcək. Hazırda Universitetdə dərsdə olduğum üçün növbəti əməyin ödənilməsi və ixtisas dərəcəsinin eyni bal toplamış iki işçi arasında hansı əsasa görə Xalidə Səlimovaya deyil, digər rnamizədə verilməsi barədə ayrıca yazacağam. Xalidə xanımın yazdıqları heç də yazıldığı kimi deyil".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR