YAP İdarə Heyətinin iclası keçirilib - Açıqlama

img

18-03-2024 [16:45]


Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin martın 18-də videokonfrans formatında iclası keçirilib, 2023-cü il üzrə maliyyə hesabatı təsdiqlənib.

Mia.az xəbər verir ki, bu barədə partiya məlumat yayıb.

Bildirilib ki, iclasın gündəliyində YAP-ın 2023-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi və cari məsələlər çıxarılıb.

Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Anar İsgəndərov və Elmar Qasımov, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova və Auditorlar Palatasının nümayəndəsi Elza Süleymanova çıxış edərək maliyyə hesabatının şəffaf və mükəmməl səviyyədə hazırlandığını vurğulayıblar. Sonra 2023-cü il üzrə maliyyə hesabatı İdarə Heyətinin üzvləri tərəfindən təsdiq olunub.

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qanunvericiliyə uyğun olaraq maliyyə hesabatının auditor rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini diqqətə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR