Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb

img

18-03-2024 [13:24]


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pekində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) baş katibinin müavini Nurlan Yermekbayev ilə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolu vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verir və əlaqələri daha da genişləndirməkdə maraqlıdır.

Görüşdə Azərbaycan ilə ŞƏT arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA