Keçmiş məşhur futbolçu ilə bağlı siyasi qalmaqal: geri çəkilmək üçün 5 milyon dollar və şərhçilik tələb edib

img

18-03-2024 [10:57]


Türkiyə İşçi Partiyası tərəfindən Hatay bələdiyyə sədri vəzifəsinə namizəd göstərilən "Beşiktaş"ın və Türkiyə millisinin sabiq futbolçusu, ötən il İYİ partiya xətti ilə deputat seçilmiş Gökhan Zanla bağlı sensasion siyasi qalmaqal baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, namizədliyini hakim AK Partiya namizədinin xeyrinə geri götürmək üçün onun qarşı tərəfdən  5 milyon dollar və TRT-də idman şərhçisi vəzifəsi tələb etdiyi haqda səs yazısı yayılıb.

Belə ki, Zanın bu məqsədlə AK Partiyanın Hatay təşkilatınn rəsmisi ilə iki dəfə görüşməsi barədə iddialar var.

Məlumata görə, səsyazısının yayılmasından sonra Türkiyə İşçi Partiyası (TİP) gecə yarısı Hatay bələdiyyə başqanı namizədi Gökhan Zanın namizədliyini geri çəkib. Partiyadan bildirilib ki, hən səs ayzılarnın doğru olması ehtimalı yüksək olduğundan belə qərar verilib.

Gökhan Zan isə 5 milyon dollar söhbətini montaj adlandırsa da, şərhçi tələbi ilə bağlı yayılan səs yazısını qismən təsdiqləyib: "Bəli, seçidən sonra bildiyim sahəyə dönmək istəyirəm".

Keçmiş futbolçu qeyd edilən səs yazılarının ona qarşı şantaj və təhdid vasitəsi olduğunu əsas götürərək şikayət edib. O, belə şantajlara baş əyməyəcəyni deyərək, namizəd kimi seçkidə sonadək iştirak edəcəyini bəyanlayıb.

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR