Bakıda ağacəkmə aksiyası keçirilib - FOTOLAR

img

16-03-2024 [13:52]


Bakının iki rayonunda - Səbail və Qaradağ rayonları ərazilərində ağacəkmə aksiyası keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, aksiya ənənəvi olaraq Novruz Bayramı ərəfəsində mart ayının 16-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Aksiya çərçivəsində 600 ədəd ağac və kol bitkiləri əkilib.

“Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsi işləri aparılır. Bu kimi ağacəkmə aksiyaları Bakı şəhərinin bütün rayonlarında keçiriləcək və mövsüm ərzində paytaxtın yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur”, - məlumatda qeyd olunub.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq