Ali Attestasiya Komissiyasında nə baş verir? - Bakı sakini Baş prokurora müraciət etdi 

img

13-03-2024 [18:33]


Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6, mənzil 51 ünvanında yaşayan Arzu Əli oğlu Məmmədov Baş Prokuror Kamran Əliyevə müraciət edib.

O, müraciətinin bir surətini də Mia.az saytına göndərib.

Müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli Kamran müəllim!  Bu gün, Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayeva 2-1(112)-8726/23 nömrəli iş üzrə  bilə-bilə ədalətsiz qərar qəbul etdi. Bu qərarın qəbulu üçün hakim əlindən gələni etdi.

Hörmətli Kamran müəllim! Mənim qızımın iddia ərizəsi Ali Attestasiya Komissiyasının Kollegiyasının 06.02.2023-cü il tarixdə 53 səhifəlik “plagiat faktları” adlı sənəd əsasında qızıma elmi dərəcənin verilməsindən imtina barədə qəbul etdiyi inzibati aktın ləğvi barədə idi. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsanamənin 2.0.18. maddəsinə əsasən Komissiyanın vəzifələrindən biri, “elmi dərəcə və elmi ad iddiaçılarının təqdim etdikləri dissertasiyaların əsas elmi nəticələrinin dərc olunduğu dövri elmi nəşrlərdə, müdafiə edilmiş dissertasiya işlərində, monoqrafiya və dərsliklərdə, tədris-metodiki işlərdə, yaradıcılıq əsərlərində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə aşkar edildiyi halda zəruri tədbirlər görmək”dir. “Müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə aşkar edildiyi halda zəruri tədbirlər görmək” plagiat yoxlanışı həyata keçirtmək demək deyil! Yəni, Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilmiş plagiat yoxlanışının nəticəsi olan 53 səhifəlik “plagiat faktları” adlı sənəd qanunsuzdur. Bu sənədin adı da, özü də saxtadır. Çünki, Azərbaycan Respublikasının Elm haqqında Qanunda, Təhsil haqqında Qanunda “plagiat faktları” anlayışı yoxdur. Bundan başqa, 06.02.2023-cü il tarixdə Ali Attestasiya Komissiyasının Kollegiyasının qızıma elmi dərəcədən imtina barədə qəbul etdiyi inzibati akt üçün əsas kimi götürülmüş “plagiat faktları” adlı sənəddə 06.02.2023-cü il və 07.02.2023-cü il tarixlərində aşkarlanmış oxşarlıqlar var.

Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabarovun Bakı İnzibati Məhkəməsinə göndərdiyi 12 sentyabr 2023-cü il tarixli 3-50/2-450/2023 nömrəli məktubda bu saxtalaşdırmanı linklərin işləməsinə nəzarətlə izah edib. İnzibati akt qəbul ediləndən sonra linklərin açılıb-açılmaması Sakin Cabarovun nəyinə lazımdır? Niyə ancaq bu iki linkin 06.02.2023-cü il və 07.02.2023-cü il tarixlərdə açılıb-açılmaması yoxlanılıb? Niyə linklərin açılıb-açılmaması 07.02.2023-cü il tarixdən sonra yoxlanılmayıb? 14.02.2023-cü il tarixdə qızım dissertasiyasında aşkarlanmış plagiatın qeyd edildiyi sənədi istəyib. 24.02.2923-cü il tarixdə bu sənədi qızımın elektron poçtuna göndəriblər. Niyə bu sənədi qızıma verməmişdən əvvəl bu linklərin açılıb-açılmaması yoxlanılmayıb? Sakin Cabarovun quraşdırdığı bu nağıl ağıldan zəif insanlar üçündür. İnzibati akt qəbul edildikdən sonra bu aktın qəbulu üçün əsas kimi götürülmüş sənədə 06.02.2023-cü il və 07.02.2023-cü il tarixlərdə aşkarlanmış oxşarlıqların əlavə edilməsi bu sənədin saxtalaşdırılmasıdır. 25 iyul 2023-cü il tarixdə 53 səhifəlik“plagiat faktları”adlı sənədi saxtalaşdırmış Ali Attestasiya Komissiyasının əməkdaşlarının Cinayyət Məcəlləsinin 313-cü maddəsi ilə cinayyət məsuliyyətinə  cəlb edilməsi barədə Baş Prokurorluq qarşısında vəsatət qaldırmaq barədə qaldırdığımız vəsatəti hakim Aygün Abdullayeva təmin etmədi. Ali Attestasiya Komissiyası dələduzluq edərək, qəbul etdiyi inzibati akt üçün əsas kimi götürülmüş 53 səhifədən ibarət “plagiat faktları” adlı sənəddə oxşar materialları plagiat kimi təqdim edib.

 “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.23 maddəsinə əsasən “elmi plagiat – müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək” olduğu üçün,  hər hansısa bir mənbənin cümlələri(şəkilləri, diaqramları və s.) ilə oxşar olan dissertasiyanın  cümlələri(şəkilləri, diaqramları və s.) ilə həmin mənbənin tam və ya qismən mənimsənilməsi və ya özününkü kimi təqdim edilməsi sübuta yetirilməlidir. Mənim qızıma göndərilmiş 53 səhifədən ibarət “plagiat faktları” adlı sənəddə bu sübuta yetirmə yoxdur. Sadəcə dissertasiya materiallarına oxşar materiallar göstərilib və bunlar da plagiat hesab edilib. Antiplagiat proqramları oxşarlıqları aşkarlayır və bu oxşarlıqlarla orjinallıq faizini müəyyənləşdirir. Dissertasiyanın oxşar materialları ilə materiallarına oxşarlıq aşkarlanmış mənbənin tam və ya qismən mənimsənilməsi, yaxud özününkü kimi təqdim edilməsi sübuta yetirilməlidir. Antiplagiat proqramlarının aşkarladığı oxşarlıqlar və bu oxşarlıqlar vasitəsi ilə orijinallıq faizinin təyin edilməsi ilə əlaqədar qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Elm haqqında və Təhsil haqqında Qanunlarında, Ali Attestasiya Komissiyasının Əsanaməsində və Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamədə oxşarlıq, orijinallıq, unikallıq, orijinallıq və unikallıq faizləri barədə heç nə yazılmayıb. Elm haqqında Azərbaycan Respublikasının Qanunun 18.2. maddəsinə əsasən “Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi qaydaları və şərtləri bu Qanuna və Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edil”diyindən, Ali Attestasiya Komissiyası haqqında Əsanamənin 2.0.18. maddəsində və Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamənin 6.23 maddəsində qeyd edilmiş “müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə” həddi Elm haqqında Qanunun 1.0.23 maddəsinə əsasən plagiat həddi hesab edilir. Yəni, müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından plagiat həddinə kimi istifadə etmək olar. Qanunsuz, adı və özü saxta olan, dələduzluq edilərək oxşarlıqların plagiat kimi göstərildiyi 53 səhifəlik “plagiat faktları” adlı sənədə mütəxəssis rəyi almağa və ümumiyyətlə bu sənədi müzakirə etməyə ehtiyac yoxdur.

05.03.2023-cü il tarixdə qızım ona elmi dərəcənin verilməsindən imtina barədə qəbul edilmiş inzibati aktdan Komissiya şikayət verdi. Şikayət ərizəsinə 53 səhifəlik “plagiat faktları” adlı sənədə yazdığı İZAHAT-ı da əlavə etdi. Sonra “plagiat faktları” adlı sənədə GENİŞ İZAHAT da yazıb Komissiyaya göndərdi. İZAHAT və GENİŞ İZAHAT-da qızım, əqli mülkiyyət hüququnun aspektlərini və bir sıra amilləri nəzə alaraq sübut etdi ki, 53 səhifəlik “plagiat faktları” adlı sənəddə qeyd edilmiş oxşarlıqların əksəriyyəti əslində oxşarlıq deyillər. Bir ay ərzində bu şikayətə baxılmadığı üçün 06.04.2023-cü il tarixdə məhkəməyə müraciət etdik.

Ali Attestasiya Komissiyası tərəfindən qanunsuz plagiat yoxlanışı inzibati akt qəbul ediləndən sonra da davam etdirilmiş və yeni aşkarlanmış oxşarlıqları 53 səhifəlik “plagiat faktları” adlı sənədə əlavə etmək məqsədi ilə qızımın iddia ərizəsinə Etiraz-da Sakin Cabarov qeyd edib ki, guya Kollegiyanın 17.03.2023-cü il tarixli qərarına əsasən N.A.Məmmədovanın aşkarlanan plagiat faktlarına izahatının və dissertasiyanın elmi dəyərinin araşdırılması üçün komissiya yaradılmış və komissiya iddiaçının dissertasiyasında aşkarlanan oxşarlıq hallarının plagiat olduğunu təsdiq etmiş və işin elmi dəyərinin olmadığı qənaətinə gəlmişdir. Bu ağ yalandır! 17.03.2023-cü il tarixdə komissiya yaradılsaydı, Ali Attestasiya Komissiyasında 17.03.2023-cü il, 03.04.2023-cü il və 17.04.2023-cü il tarixlərdə şöbə müdirinin, Aparat rəhbərinin və Sakin Cabarovun qəbullarında olanda bu barədə mənə məlumat verərdilər. Bu yalançı komissiya oyunu, komissiyanın nəticələri və qızımın izahatına rəy adı altında 53 səhifəlik “plagiat faktları” adlı sənədə əlavə sənədlər əlavə etmək məqsədi ilə edilib. Mənim qızımın iddia ərizəsi Ali Attestasiya Komissiyasının 06.02.2023-cü il tarixdə qəbul etdiyi inzibati aktın ləğvi barədədir. Bu inzibati akt, 53 səhifəlik “plagiat faktları” adlı sənəd əsasında qəbul edilib. Buna görə də, inzibati aktın qəbulundan sonra yaradılmış hər hansısa bir komissiyanın nəticələri və ya 53 səhifəlik “plagiat faktları” adlı sənədə qızımın yazdığı izahata verilən rəy, 06.02.2023-cü il tarixdə qəbul etdilmiş inzibati akt üçün əsas ola bilməz və bu sənədlər, 06.02.2023-cü il tarixdə qəbul etdilmiş inzibati akt üçün əsas olan 53 səhifəlik “plagiat faktları” adlı sənədə əlavə edilə bilməzlər!

İkinci məhkəmə iclasında hakim Aygün Abdullayeva qanunsuz, adı və özü saxta olan, dələduzluq edilərək oxşarlıqların plagiat kimi göstərildiyi 53 səhifəlik “plagiat faktları” adlı sənədin müzakirəsinin növbəti məhkəmə iclasında keçiriləcəyini elan etdi. Hakimin bu istəyinə etirazlarımı dövlət orqanlarını çatdırandan sonra növbəti məhkəmə iclasında Azərbaycan Dövlət İqtisad Universitetinin və İqtisadiyyat İnstitutunun Azərbaycanda iqtisadiyyat sahəsində aparıcı elm ocaqları olduğunu və bu elm ocaqlarında iqtisadiyyat sahəsində tanınmış alimlərin çalışdığını və iqtisadiyyat üzrə çoxlu sayda elmi şuraların fəaliyyət göstərdiyi nəzərə alınaraq, 53 səhifəlik “plagiat faktları” adlanan sənədə, qızımın bu sənədə yazdığı İZAHAT-a və GENİŞ İZAHAT-a mütəxəssis rəyi almaq üçün, həmin sənədləri bu elm ocaqlarına göndərmək qərara alındı. Sonra, hakim tərəfindən ünvanlar və sənəd tərkibi dəyişdirildi. Bu ünvanlar cavabdehin sifarişi ilə dəyişdirildi. Çünki, cavabdeh çox yaxşı bilir ki, İqtisad Universitetində və İqtisadiyyat İnstitutunda çalışan alimlər, “plagiat faktları” adlı sənəddə qeyd edilmiş oxşarlıqların plagiat olduğunu təsdiqləməyəcəklər. Buna görə də, hakim, qanun və məhkəmə qarşısında bərabərlik prinsipini pozaraq və rəyçilər qarşısında qarmaqarışıq suallardan və qanunazidd xahişdən ibarət məktubuna qızımın yazdığı İZAHAT-ı və GENİŞ İZAHAT-ı RƏYÇİNİN CAVABI adlı sənədlə dəyişdirərək, Elm və Təhsil Nazirliyinə və AMEA-ya göndərdi. Hakim, qızımın yazdığı GENİŞ İZAHAT və İZAHAT-ı, RƏYÇİNİN CAVABI adlı sənədlə dəyişdirməklə Qanun və məhkəmə qarşısında bərabərlik prinsipini pozdu. AMEA-dan bildiriblər ki, İqtisadiyyat İnstitutu AMEA-nın tərkibində deyil, Elm və Təhsil Nazirliyindən bildiriblər ki, hakimin məktubundakı mücərrəd, qanunazidd sorğuları cavablandırmaq Nazirliyinin funksiyalarına aid deyil. Hakimin bu məktubundakı sorğularının qanunazidd və mənasız olduğunu dəfələrlə Məhkəmənin nəzərinə çatdırmağıma baxmayaraq, hakim eyni məktubla 28.12.2023-cü il tarixdə Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir. Bu tam qanunsuz hərəkət idi. Çünki, 53 səhifədən ibarət  “plagiat faktları” adlı sənəddə qeyd edilmiş plagiat mənbələrinin müəllifləri tərəfindən onların əsərlərini mənim qızım tərəfindən tam və ya qismən mənimsənilməsi, yaxud özününkü kimi təqdim edilməsi barədə Bakı İnzibati Məhkəməsinə şikayət daxil olmamışdır. Belə olan halda hakim, Əqli Mülkiyyət Agentliyinə hansı əsasla müraciət edib? Hakimin AMEA, Elm və Təhsil Nazirliyinə, Əqli Mülkiyyət Agentliyinə göndərdiyi məktublarındakı dörd sorğunun hər birinin mənasız və qanunazidd olduğunu dəfələrlə göstərmişəm və bir daha göstərirəm:

1-ci sorğu. Elmi plagiat faktı anlayışının geniş izahı.

Etdiyim çoxsaylı müraciətlərdə dəfələrlə qeyd etmişəm ki, Azərbaycan Respublikasının Qanunlarında “plagiat faktları” anlayışı mövcud deyil. “Elmi plagiat” anlayışı var. Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, “Elektron məhkəmə sistemi”nə yüklətdirdiyi Ali Attestasiya Komissiyası tərəfindən Məmmədova Nigar Arzu qızının 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün «Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri» mövzusunda təqdim edilmiş Dissertasiya işində “aşkarladığı plagiat faktları”na iddiaçının izahatına RƏYÇININ CAVABI-nda  Elm haqqında Qanunun 18.5 bəndində “plagiat faktları” termini yaratdırıb və bu terminin bütün sözlərini böyük hərflərlə yazdırtdırıb. Hakim Aygün Abdullayeva isə Elm və Təhsil Nazirliyinə, AMEA-ya və Əqli Mülkiyyət Agentliyinə göndərdiyi eyni məktublarındakı 1-ci sorğusunda Azərbaycan Qanunvericiliyində mövcud olmayan anlayışın izahını istəmişdir.

2-ci sorğu. Məmmədova Nigar Arzu qızının “”5310.01-“Dünya iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ”Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda dissertasiya işində hazırkı məktuba qoşma şəklində əlavə olunmuş, Ali Attestasiya Komissiyası tərəfindən məhkəməyə təqdim olunmuş dissetasiya işində aşkar olunmuş plagiat faktlar və dissertasiya işinin oxşarlıq hesabatının qiymətləndirilməsi üzrə əlavə olaraq təyin edilmiş yoxlamanın nəticəsində müəyyən edilmiş faktlar aşkar olunurmu? Aşkar olunursa hansı səbəbdən həmin faktlar elmi plagiat faktlar hesab edilir?

Bu sorğu ilə əlaqədar bir daha bildirmək istəyirəm ki, mənim qızımın iddia ərizəsi Ali Attestasiya Komissiyasının 06.02.2023-cü il tarixdə qızıma elmi dərəcənin verilməsindən imtina barədə qəbul edilmiş inzibati aktın ləgvi barədə idi. Bu akt üçün əsas, 53 səhifəlik “plagiat faktları” adlı sənəddir. Bu sənədə, dissertasiya işinin oxşarlıq hesabatının qiymətləndirilməsi üzrə əlavə olaraq təyin edilmiş yoxlamanın nəticəsində müəyyən edilmiş faktlar adlı sənədi qoşmaq qanunsuz hərəkətdir. Bu aktın qəbulu üçün götürülmüş əsasın dəyişdirilməsidir. Hakimin və cavabdehin bu cür qanunsuz hərəkətləri başa düşüləndir. Cavabdeh, qızımın 53 səhifəlik “plagiat faktları” adlı sənədə yazdığı GENİŞ İZAHATI oxuyandan sonra, başa düşdü ki, bu sənədlə heç nəyə nail olmayacaq və bundan sonra, yeni oxşarlıqlar tapıb, bu sənədə əlavə etməklə nəyəsə nail olmaq istəyib. Hakim, GENİŞ İZAHATI-ın əvəzinə bu cür sənədləri 53 səhifəlik “plagiat faktları” adlı sənədə əlavə edib, mütəxəsis rəyinə göndərməklə, cavabdehin xeyirinə məhkəmə qərarı qıxartmaq üçün zəmin hazırlayırdı.

3-cü sorğu. Məmmədova Nigar Arzu qızının “”5310.01-“Dünya iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ”Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda dissertasiya işinə dair Ali AttestasiyaKomissiyası tərəfindən verilmiş rəydə göstərilən faktların düzgünlüyü müəyyən olunurmu?

Yuxarıda qeyd etdiyim kimi, 06.02.2023-cü il tarixdə qəbul edilmiş inzibati akt üçün əsas kimi götürülmüş “plagiat faktları” adlı saxta sənədlə biabır olacaqlarını gözəl başa düşən Ali Attestasiya Komisiyasının işbazları inzibati akt qəbul ediləndən sonra da oxşarlıq axtarışlarını davam etdirmiş və yeni tapdıqları bu 28 səhifəlik oxşarlığı RƏYÇININ CAVABI-na yerləşdiriblər. Hakim bu sorğusunda inzibati aktın qəbulundan sonra tapılmış bu oxşarlıqların düzgün tapılıb-tapılmaması sualı ilə 53 səhifəlik “plagiat faktları” adlı sənədə qoşmaq istəyib.

4-cü sorğu. Məmmədova Nigar Arzu qızının 5310.01 –“Dünya iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda dissertasiya işində aşkarlanmış plagiat faktlarına iddiaçının izahı və həmin izahatlara rəyçinin cavabı nəzərə alınmaqla həmin dissertasiya işində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan respublikası yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin 1.0.23-cü bəndi ilə(elmi plagiat) müəyyən olunmuş plagiat faktlar aşkar olunurmu?

Bu sualla hakim savadı ilə yanaşı psixi durumunu da böyük sual altında qoyur. Çünki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamədə 1.0.23-cü bəndi ümumiyyətlə yoxdur.

Cavabdehin sifarişi ilə hakim Aygün Abdullayeva qanunsuz, saxta və dələduzluq yolu ilə oxşarlıqların plagiat kimi qələmə verildiyi 53 səhifəlik “plagiat faktları” adlı sənədə İqtisad Universitetinin və İqtisad İnstitutuna mütəxəssis rəyinə göndərilməsinin qarşısını aldı. Cavabdehin xeyirinə məhkəmə qərarı çıxartmaq üçün, hakim, hökmən hardansa 53 səhifəlik “plagiat faktları” adlı sənədə cavabdehin xeyirinə rəy almalı idi. Hakim, bu rəy olmadan 13.03.2024-cü il tarixdə qızımın iddiasını rədd etdi. 22 yanvar 2024-cü il tarixdə Baş Prokurorluqdan Məhkəmə-Hüquq Şurası ilə birlikdə hakim Aygün Abdullayevanın bilə-bilə ədalətsiz qərar çıxartmaq istəyinin qarşısının alınması barədə təsirli tədbirlər görməsi barədə müraciət etdim. Heç bir tədbir görülmədi. Müraciətim hərəkətindən şikayət etdiyim şəxsə göndərildi.

Hörmətli Kamran müəllim! Xahiş edirəm Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayevanı bilə-bilə ədalətsiz qərar çıxardığına görə Cinayət Məcəlləsinin 295-ci maddəsinə uyğun cinayət məsuliyyətinə cəlb etmək barədə müvaviq sturukturlara göstəriş verəsiniz.

MİA.AZ                                       


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq