BMT rəhbəri: "Baxın, Təhlükəsizlik Şurasında Afrikadan bir dövlət belə yoxdur" - "Rusiya ilə Ukrayna arasında..."

img

11-03-2024 [18:11]


"Rusiya ilə Ukrayna arasında danışıqlara başlamaq üçün iradə olduğunu düşünmürəm”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterres İtaliyanın "Nove" televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, tərfələr arasında münasibətlər hazırda çıxılmaz dalana dirənib.

Baş katib daha sonra dünyadakı vzəiyyətlə bağlı sualı cavablandırıb.

O deyib ki, Baş katib vəzifəsinin icrasına başlayanda, ikiqütblü və ən əsası, bölünmüş olsa da, qaydaları olan bir dünya vardı: "İndi birqütblü dünya düzənindən hələ çoxqütblü olmayan xaotik dünyaya keçidə doğru irəliləyirik".

BMT rəhbəri islahatlarla bağlı çağırışa toxunaraq deyib ki, çox mühüm təkliflər var: "Baxın, Təhlükəsizlik Şurasında Afrikadan bir dövlət belə yoxdur. bu və ya digər faktorlar islahatı labüd edir...".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR