Ərdoğan Mahmud Abbasla bir araya gəldi: "Qəzzada sülh olmasa, Yaxın Şərqdə də sülh ola bilməz"
05-03-2024 [23:18]
Prezident Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbasla Türkiyədə görüşdən sonra birgə mətbuat konfransında mühüm mesajlar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Mahmud Abbası bir daha salamlayıb:
"Sizi ən səmimi hisslərimlə salamlayıram. Prezident cənab Abbası salamlamaqdan çox məmnunam. Türkiyə hər zaman Fələstin davasını dəstəkləyib. Fələstinin bizim qəlbimizdə xüsusi yeri var. Bugünkü məsləhətləşmələrdə biz Fələstindəki son vəziyyəti müzakirə etdik. Onlar tarixlərinin ən çətin dövrlərindən birini yaşayırlar. İsrailin günahsız insanlara qarşı həyata keçirdiyi hücumlarda 32 minə yaxın fələstinli şəhid olub. 2 milyona yaxın fələstinli evlərini tərk etmək məcburiyyətində qalıb. 2,3 milyon fələstinli ərzaq ala bilmir. İsrail günahsız insanların üzərinə bombalar ataraq qətlə yetirir. 151 gündür ki, əsrin ən böyük barbarlıqlarından birinə şahid oluruq. Qərbin qeyri-məhdud dəstəyi ilə Netanyahu və onun administrasiyası Fələstin xalqına qarşı açıq soyqırım törədir. Fələstin xalqına ölkəm və millətim adından başsağlığı verirəm.
Ölkəmizin xəstəxanalarında minə yaxın yaralı müalicə alır. Netanyahu və onun qətl ortaqları tökdükləri bütün qanlara görə mütləq qanun qarşısında cavab verəcəklər. Türkiyə olaraq bütün qapıları itələməyə davam edirik və edəcəyik. Beynəlxalq Ədalət Məhkəməsindəki prosesə lazımı dosyeləri verdik...".
Ərdoğan daha sonra Qərb ölkələrini yaranmış vəziyyyətə görə ittiham edib: "İsrailin hazırkı davranışının ən böyük səbəbi Qərb dövlətlərinin Holokostda günahlarına görə verdiyi dəstəkdir. İslam dünyasının birlik olmamasının da bunda böyük payı var. Oktyabrın 7-dən etibarən Türkiyə fövqəladə səylər göstərdi. İsrailin hücumları hər fürsətdə gündəmimizin başında olub, olacaq. Yaxşı başa düşülür ki, Qəzzada sülh olmasa, Yaxın Şərqdə də sülh ola bilməz. Yeganə həll yolu müstəqil Fələstin Dövlətinin elanıdır".
Lamiyə Əhmədli
MİA.AZ
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib