Hikmət Hacıyev: "COP29 Konqo ilə qarşılıqlı fəaliyyətimiz üçün daha bir fürsətdir"

img

05-03-2024 [14:27]


Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Konqo Prezidentinin beynəlxalq strategiya üzrə müşaviri Francoise Joly ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə o, sosial media hesabında payalşım edib: "Azərbaycan Afrika ölkələri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğuna və Qoşulmama Hərəkatına sədrlik ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı platforma yaratdığına görə, ölkələrimiz arasında siyasi, enerji, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafını müzakirə etdik. COP29 Konqo ilə qarşılıqlı fəaliyyətimiz üçün daha bir fürsətdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR