Daha bir rəis vəzifədən çıxarıldı

img

01-03-2024 [11:16]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi işdən çıxarılıb.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Xidmət rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə 1981-ci il təvəllüdlü polkovnik-leytenant Həsənov Nicat Zəfər oğlu sərəncama götürülüb.

Rəis vəzifəsi müvəqqəti olaraq Hüseyn adlı şəxsə həvalə edilib.

Məlumata görə, adıçəkilən yeni rəis xidmət rəisinə çox yaxın şəxslərdən biridir.

Mia.az onu da xəbər verir ki, M.İbarimov təyinatından sonra xidmətə keçmiş iş yoldaşlarından xeyli şəxsi vəzifələrə yerləşdirb.

Qeyd edək ki, Nicat Həsənov daha öncə digər rayonların hərbi komissarı vəzifələrində çalışıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi general-polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə 22.12.2019 tarixindən Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisi təyin edilib.

Xatırladaq ki, bundan əvvəl Mürsəl İbrahimov Xidmətin Sabirabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Əlsafa Məmmədovu işdən azad edib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR