Qadın icra başçısının oğlunun ofisinin qarşısında "üsyan" etdi: "Belə özbaşınalıq olar?" - VİDEO

img

27-02-2024 [10:17]


Adı müxtəlif qalmaqallarda hallanan Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin özü yox, həm də onun biznesini yönəldən övladı da narazılıq yaratmaqdadır. 

Mia.az xəbər verir ki, bu barədə Kanal13 görüntü yayıb.

Bildirilib ki, Sumqayıt sakini Əliyeva Südabə bir il yarımdır başçının oğlu ona zülm etdiyini iddia edib.

Narazı vətəndaş iddia edir ki, başçının oğluna məxsus "Efendiler Motors" şirkətindən avtomobil alıb və nağd olaraq aldığı maşın zavod istehsallı deffekt çıxsa da, şirkət nə təmir etmir, nə də dəyişmir.

2022-ci ildə avqust ayında evini satıb 31 min manata aldığını deyən Əliyeva Südabə bildirir ki, ona maşını həyətində təhvil veriblər.

Hazırda məsələ həm də məhkəmədə araşdırılır.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR