"Səyyad Aran da din sahəsinin adamı deyil" - "Təsadüfi adamlar Dini Komitədən tamamilə kənarlaşdırılmalıdır”
23-02-2024 [09:37]
Prezident İlham Əliyevin fevralın 16-da imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşmış oldu. Bir-iki istisna ilə. O sırada Dini Qurumlarla İş üzrə Dövlət Komitənin (DQİDK) sədri - 70 yaşlı Mübariz Qurbanlıya etimad göstərilmədi.
Ümumiyyətlə, son dövrlər komitə ilə bağlı narazılıqlar səngimək bilmirdi. Dini sahədə yaranan boşluqların olmasını məhz DQİDK-nın fəaliyyətsizliyi ilə əlaqələndirənlər çox idi.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov da məsələ ilə bağlı mediaya açıqlamasında deyib ki, dini sahədə ciddi islahatlara ehtiyac var: “Bütövlükdə din siyasəti, din sahəsi komitəyə həvalə olunub. Ona görə də bu vəzifəyə təyin olunan şəxsin dini dərindən bilməsi çox önəmlidir. Digər tərəfdən, düşünürəm ki, sürətli formada lazımi islahatları həyata keçirəcək bir şəxs olmalıdır ki, qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək. Mən əvvəlki müsahibələrimdə bu məsələyə geniş toxunmuşam. Dini Komitənin fəaliyyətindən narazılığımı dəfələrlə bildirmişəm. Hesab edirəm ki, komitə fəaliyyətini cənab Prezidentin apardığı siyasətə uyğun qurmayıb. Bu gün komitənin fəaliyyətində çox ciddi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Həm islahatlar, həm də dövlət-din münasibətləri ilə bağlı xeyli məsələlər var ki, öz həllini tapmalıdır. Komitə ümumiyyətlə fəaliyyətini yenidən qurmalı və daxildə çox ciddi kadr islahatları aparılmalıdır. Təsadüfi adamlar bu qurumdan tamamilə kənarlaşdırılmalıdır”.
Məlumdur ki, hazırda Səyyad Aran (sədrin keçmiş 1-ci müavini) komitə sədri səlahiyyətlərini icra edir. Bundan sonra komitədə nə kimi dəyişikliklər aparılmalıdır? İş necə qurulmalıdır? Boşluqlar əsasən harada idi? Səyyad Arandan gözləntilər nədir?
Onu da qeyd etməliyik ki, Azərbaycanda illərdir dini sahədə tolerantlıq, dözümlülük bütün dünyaya nümayiş etdirilib. Bunu ölkəmizdə müxtəlif dindən, millətlərdən olan insanların hər hansı problem olmadan birgə yaşamasından açıq şəkildə görmək olur. Bu baxımdan dini sahə, din siyasətinin düzgün təşkil edilməsi ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, zaman-zaman Qərb və ya ona yaxın ölkələr dini alət edərək Azərbaycan əleyhinə hesabatlar hazırlayır, qərəzli çağırışlar edirlər. O baxımdan dini qurumlara rəhbərlik edən şəxslər və onların bu istiqamətdə fəaliyyəti də olduqca mühümdür.
Mia.az xəbər verir ki, dini mövzular üzrə ekspert Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb.
O deyib ki, dini sahədə görülməli olan çoxlu işlər var:
“Təbii ki, ciddi əskikliklər də var, hansılar ki, zaman-zaman bunlar mediada ifadə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri son illərdə xeyli genişləndirilib və demək olar ki, ölkədə dini fəaliyyətlərə əsas cavabdeh quruma çevrilib. Lakin qurum hələ də sovet metodlu nəzarət qurumu kimi fəaliyyət göstərir, halbuki hazırkı səlahiyyətləri komitənin nəzarət orqanı deyil, dini fəaliyyətləri həyata keçirən və onların təşkilində bilavasitə iştirak edən, başqa sözlə, dini vəziyyətə cavabdeh qurumdur. Bu mənada komitənin işində ciddi dəyişiklik edilməli, iş metodlarında ciddi islahatlara gedilməlidir. Doğrudur, bu, dini qurumlara nəzarət orqanıdır. Amma hazırkı səlahiyyətləri nəzarətdən daha çox işləri komitənin üzərinə qoyur, bu mənada komitə artıq yarandığı illərdəki funksiyalarının sərhədlərindən çox kənara çıxıb, böyüyüb. Odur ki, yeni iş prinsipləri tətbiq olunmalıdır. Kadrlar, sadəcə, məmurlar deyil, bu sahəni bilən, bu sahənin içində olan şəxslər olmalıdır. Çünki din sahəsi spesifik sahədir. Səyyad müəllim təcrübəli insandır, 10 ildən artıqdır komitədə yüksək vəzifə tutur. Uzun illərə dayanan jurnalist və idarəçilik təcrübəsi var. Ancaq onu düşünürəm ki, əvəzedici olaraq təyin ediblər. Səyyad müəllim də din sahəsinin adamı deyil. Baxmayaraq ki, təcrübəlidir. Mən düşünürəm ki, din sahəsində ciddi problemlər var. Bəziləri açıq görünür. Bəziləri isə hələlik gözə dəymir, amma zamanla üzə çıxacaq. Buna görə də bu sahədə ciddi keyfiyyətə dəyişiklik edilməlidir. Baxaq görək, hakimiyyət bu işi kimə tapşıracaq”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub