Yeni icra başçısı kimdir? - Maraqlı məlumatlar

img

21-02-2024 [17:52]


Xəbər verdiyimiz kimi, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xatırladaq ki, Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub.

1995-2006-ci illərdə F.Məmmədov adına Kolanı kənd tam orta məktəbində orta təhsil alıb.

2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili almışdır. 2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə Magistratura təhsili alıb.

Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində işləyərək başlamışdır. 2014-cü ildən “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir. 2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.

N.E.Cahidzadə bir neçə fənn proqramı və məqalələrin müəllifidir.

Onu da qeyd edək ki, Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR