Hakim sabiq direktora "yox" dedi

img

21-02-2024 [11:05]


Şəki Apellyasiya Məhkəməsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Alim Əlizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alim Əlizadəyə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Araşdırmalar zamanı müəyyən edilib ki, Alim Əlizadə İsmayılı, Oğuz və Qəbələ rayonlarında meşə təsərrüfatına məxsus ərazilərdə obyektlərin tikilməsi, müxtəlif sayda söhbətgahların salınması və digər tikililərin inşa edilməsinə şərait yaradıb və bunun üçün külli miqdarda pul alıb. Alim Əlizadə barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (rüşvət alma, külli miqdarda və təkrar törədilməklə) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən Alim Əlizadə ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib. O, barəsində yazılanların yalan olduğunu, ona müraciət edən vətəndaşlara yalnız məsləhət verdiyini, düzgün istiqamət göstərdiyini deyib. Məhkəmədə bəlli olub ki, Alim Əlizadə bu vəzifəyə 3 il əvvəl təyinat alıb. Ona qədər mərkəzin direktoru İlqar Qəribov olub. O, işində yol verdiyi nöqsanlara görə barəsində cinayət işi başlanıb və həbs olunub. Onun yerinə Alim Əlizadə təyin edilib. Lakin Alim Əlizadənin də anoloji əməllər törətməsi barədə hüquq-mühafizə orqanlarına müraciətlər daxil olub. Bundan sonra Alim Əlizadə işdən çıxarılıb, barəsində cinayət işi başlanıb. Məhkəmədə zərərçəkmişin nümayəndəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə dəymiş ümumilikdə 68 min 403 manat məbləğində ziyanın ödənilməsini tələb edib(Pravda).


Digər xəbərlər
SON XƏBƏRLƏR