Kəşfiyyatın aradan götürdüyü Mahir Əsəd: o, kim idi?

img

20-02-2024 [17:33]


Zeynal Əmrəliyev

***

Dünən gecə - fevralın 17-də İsrail kəşfiyyatı Mossad Suriyanın paytaxtı Dəməşqdə Suriya Milli Kəşfiyyat Xidmətinin rəisi, prezident Bəşər Əsədin balaca qardaşı Mahir Əsədi sui - qəsdlə aradan götürüb.

Mahir Əsəd Əsəd rejiminin " onurğa sütunu " idi. Mahir olduqca əsəbi, aqressiv və qəddar bir şəxs idi və Suriyada müxaliflərə zülm verilməsində, orqan mafiyasında, transmilli cinayətkarlıqlarda onun adı hallanırdı. Suriyada rejimə sadiq, onun tərəfindən döyüşən kifayət qədər qanunsuz silahlı dəstələr var.

Əsəd rejimi bu dəstələri müxalifətin üzərinə salmaqla onları zəiflətməyə və qorxutmağa çalışır. Əvəzində isə onları ağalıq etdikləri bölgələrdə qanunsuzluqlar etməsinə, cinayətlər törətməsinə şərait yaradılır. Bu dəstələr Mahirin nəzarətində altında fəaliyyət göstərirdi. Onun qəddarlığı ailəsində belə hiddətlə qarşılanırdı.

Mahir hələ illər əvvəl bacısının yoldaşı Asif Şövkəti silahla ağır yaralamışdı. Suriya ordusunun başında duran Asiflə Mahirin arasında çox gərgin münasibətlər var idi.

Qeyd edim ki, Mahir Milli Qvardiyaya da nəzarət edir. Mahir Əsəd zamanında İraqla geniş ticarət edirdi. O, sanksiya altında olan Səddam Hüseyn rejimini ərzaqla təchizatında aparıcı rolu işlənmiş və bu əməliyyatdan 1 milyard dollardan çox pul qazanmışdı.

Mahir Əsəd həmçinin Livanda " Əl - Mədinə " bankının iflası zamanı da milyonlar qazanmışdır. Mahir Livanda çox böyük nailiyyət maxinasiyalarında iştirak edirdi. Suriyadakı əsas mediya qurumları onun nəzarətində idi. Ölkədəki məşhur " Sheraton " otel zənciri də ona məxsus idi. Bəşər Əsəd öldürülsə yerinə Mahirin gələcəyi məlum idi. Mahir öldü, indi Bəşər də öldürülsə, Suriyadakı rejimin aqibəti necə olacaq? Mahirin ölümündən sonra növbəti hədəf Bəşərdimi?

Ola bilər. Qərb dünyası Bəşər Əsədi, ümumiyyətcə Əsəd ailəsini sıradan çıxarmaqla Suriyadakı mövcud rejimi yıxa bilər. Qərb artıq bütün diqqəti Ukraynaya yönəltmək, uzanan Suriya müharibəsini sona çatdırmaq istəyir.

Əsəd ailəsində prezident ola biləcək potensial varisləri məhv edib daha sonra rejimi başsız qoymaq siyasəti həyata keçirilə bilər. Əsəd ailəsindən başqa ailənin rejim başına keçməsi rejimdə daxili cəkişmələrə səbəb olacaq. Mahir real güc idi, ondan hər kəs çəkinirdi. Ona görə onu prezident kimi qəbul edəcəkdilər. Ancaq Bəşər ölərsə, ölkəyə bu cür rəhbərlik etmək potensialı olacaq və indiki rejimdə hər kəsi özünə tabe edəcək şəxs Suriyadakı mövcud hakimiyyətində yoxdur.

Prezidentin anasının ailəsi olan Mahluf ailəsi son illərdə nüfuzunu itirib. Dövlət başçısı ilə dayısı oğlu Rami Mahlufun arası dəydikdən sonra bu ailə gözdən çıxarılıb. Hətta onların bir çox biznes obyektləri də rejim tərəfindən müsadirə edilib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR