Putin Şimali Koreya liderinə maşın hədiyyə edib - Açıqlama

img

20-02-2024 [10:29]


Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, son aylar Şimali Koreya ilə münasibətlərini yaxşılaşdıran Rusiya lideri həmkarına sürpriz jest edib. 

Şimali Koreyanın rəsmi mətbuatında yer alan məlumata görə, Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina şəxsi istifadəsi üçün Rusiyada istehsal olunmuş avtomobil göndərib: "Putinin hədiyyə etdiyi avtomobili Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin sədri Pak Conq Çon, Kim Çen Inın bacısı, partiyanı Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq bazar günü qəbul edib".

Putinin bu jestindən məmnun olduqlarını bildirən Kim Yo Conq bu hədiyyənin Şimali Koreya və Rusiya liderləri arasında xüsusi şəxsi münasibətlərin və xoş niyyətin bariz göstəricisi olduğunu qeyd edib. 

Kim Yo Conq Rusiya nümayəndə heyəti vasitəsilə Kim Çen Inın Putinə təşəkkürünü də çatdırıb.

Xatırladaq ki, Şimali Koreya və Rusiya arasında münasibətlər son vaxtlar yüksək səviyyəli qarşılıqlı diplomatik səfərlərlə sürətlə irəliləyir.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR