DİN: "Məktəbli qızın qeyri-etik davranışına dair görüntülər araşdırılır" (Yenilənib)

img

20-02-2024 [11:33]


Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi Elşad Hacıyev açıqlama verib.

Bildirib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb: "İstintaq hərəkətləri davam etdirilir".

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürüb.

Mia.az xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında iş aparılır: "Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.

***

"Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub".

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev açqılama verib.

O bildirib ki, yayılan məlum videogörüntülərdən məlumatlıdırlar: "Nəzarətə götürülüb. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR