Şəmkirdə iki yeniyetmə dəm qazından zəhərlənib

img

18-02-2024 [22:35]


Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından zəhərlənib.

Məlumata görə, hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, Göyməmmədli kənd sakini, 2009-cu il təvəllüdlü H. Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cu il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb/Report.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR