Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub - 10 uşaq xəstəxanaya yerləşdirilib

img

14-02-2024 [10:07]


Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.

Məlumata görə, zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır.

Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Zərərçəkənlər dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildirib(Report).

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq