Çoxsaylı mənzillər, torpaq sahələri, obyektlər... - Səlim Müslümovun bu əmlakları müsadirə edildi (SİYAHI)
12-02-2024 [12:21]
Vəzifə cinayətlərində təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsindəki hökmlə razılaşıb.
Məlumata görə, nə eks-nazirin özü, nə vəkilləri tərəfindən apellyasiya şikayəti verilib.
11 il şərti cəza verilən Müslümov bunu özü üçün humanist hökm kimi qəbul edir, həmçinin əmlaklarının müsadirə edilməsinə etiraz etmir. Dövlət ittihamçısının tələbinə uyğun cəza təyin edildiyinə görə hökmdən protest də verilməyib.
Apellyasiya şikayəti vermək üçün müddət başa çatdığı üçün birinci instansiya məhkəməsinin hökmü qanunu qüvvəyə minmiş hesab edilir.
11 il Fond rəhbəri, 5 il nazir işləmiş Müslümov şərti məhkumluğu müddətində ölkədən çıxa bilməz. Bundan başqa, onun müsadirəsinə qərar verilmiş 8 milyonluq əmlakları dövlət nəfinə alınacaq. Bu məsələ aidiyyəti İcra Şöbəsinə həvalə edilib.
Dövlət nəfinə alınacaq əmlakların siyahısını təqdim edirik:
- Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;
- Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;
- Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;
- Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;
- Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;
- Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;
- Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri-yaşayış sahəsi.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. İstintaq müddətində dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonu ödənilib.
S. Müslümova 1 ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il sınaq müddəti seçilməklə 11 il şərti cəza verilib(Qafqazinfo).
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi