UEFA klublara 3 milyard 310 milyon avro vəsait ayıracaq

img

08-02-2024 [12:51]


UEFA 2024-2027-ci illərdə turnirlərə qatılacaq klublara ümumilikdə 3 milyard 310 milyon avro vəsait ayıracaq

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məbləğin 74 faizi, yəni 2 milyard 460 milyon avrosu Çempionlar Liqası və Superkubokda mübarizə aparacaq komandalara veriləcək.

Qalan 565 milyon avro Avropa Liqasındakı komandalara, 285 milyon avro isə Konfrans Liqasındakı komandalara bölünəcək.

Bundan əlavə, UEFA həmrəylik fəaliyyətlərinə 440 milyon avro ayıracaq, o cümlədən yarışlara qatıla bilməyən klublara 308 milyon avro dəstək verəcək.

Məlumata görə, Avropa futbolunun himayədarı olan qurum Qadınlar Çempionlar Liqası və Gənclər Liqası təşkilatlarında da 25 milyon avro mükafat paylayacaq.

Fərid Aslan

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR