"Trabzonspor"da Pedro Malheiro ilə danşıqlar aparır

img

01-02-2024 [12:22]


"Trabzonspor" klubu sağ cinah müdafiəçisi mövqeyini gücləndirmək üçün hərəkətə keçib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Portuqaliya Liqası komandalarından "Boavişta"da çıxış edən Pedro Malheironu ilə danışıqlar aparır.

Məlumata görə, "Trabzonspor"un 23 yaşlı sağ cinah müdafiəçisi üçün 3,5 milyon avro təklif edib: "Hələlik "Boavişta" bu təklifə cavab verməyib".

Xəbərdə deyilir ki, "Trabzonspor" "yox" cavabı alacağı təqdirdə, Daiki Haşioka, Oliver Sonne və Yukhym Konoplya ilə danışıqlara başlayacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR