İsrail hərbçilərindən xəstəxanaya basqın: 3 nəfər öldürülüb

img

30-01-2024 [10:50]


İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində xəstəxanaya basqın ediblər.

Mia.az Türkiiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Cenindəki İbn Sina xəstəxanasına basqında yaşanan gərginlikdə 3 fələstinli güllələnərək öldürülüb: "Onlardan ikisi - Muhəmməd və Basil Ayman əl-Gazavilər qardaşdır, Digəri isə Məhəmməd Vəlid Celaminedir".

Bildirilib ki, Basil Əyman əl-Qəzavi 25 oktyabr 2023-cü ildən xəstəxanada müalicə olunur: "Mülki geyimli, həkim və tibb bacısı geyimində olan 10-a yaxın İsrail xüsusi təyinatlısı xəstəxananın 3-cü mərtəbəsinə qalxaraq, səsboğucu silahlarla 3 fələstinlini qətlə yetiriblər...".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR